BAKI, 30 iyun. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxeni qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

Görüşdə enerji, sənaye, rəqəmsallaşdırma, nadir metalların istehsalı və emalı, nəqliyyat və logistika infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.