BAKI, 23 iyun. TELEQRAF

“Bu gün beynəlxalq vəziyyət sabit deyil, Avrasiyada münaqişə potensialı əhəmiyyətli dərəcədə artıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə deyib.

“Hazırkı beynəlxalq vəziyyət hələ də sabit deyil. Yaxın Şərqdə silahlı münaqişə davam edir və Avrasiya da daxil olmaqla, dünyanın bir sıra bölgələrində münaqişə potensialı əhəmiyyətli dərəcədə artıb”, - dövlət başçısı bildirib.

Putin əlavə edib ki, Moskva bütün ölkələr üçün bərabər və bölünməz təhlükəsizliyin tərəfdarıdır:

“Rusiya ardıcıl olaraq hamı üçün bərabər və bölünməz təhlükəsizliyin tərəfdarıdır. Əminik ki, buna yalnız hər bir dövlətin hərbi təhlükəsizliyini etibarlı şəkildə təmin edən çoxqütblü beynəlxalq münasibətlər sistemi yaratmaqla nail olmaq olar”.