BAKI, 23 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin hərbi məktəblərin məzunları ilə görüşdə Ukrayna torpaqlarını “tarixi rus əraziləri” adlandırıb.

Teleqraf xəbər verir ki, o, Rusiya ordusunun “tarixi əraziləri azad etdiklərini” iddia edib.

“Rus zabitləri və əsgərləri xüsusi hərbi əməliyyat zamanı problemləri cəsarətlə və effektiv şəkildə həll edir, tarixi torpaqlarımızı azad edir və xalqımızı qoruyurlar”, - Putin bildirib.