BAKI, 10 iyun. TELEQRAF

“Ermənistan NATO ilə əməkdaşlığını sistemli şəkildə gücləndirir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Erməni həmkarlarımız iki ildən çoxdur KTMT-nin tədbirlərində iştirak etməsələr də, formal olaraq üzv qalırlar. Bu fonda da NATO üzvü olan ölkələrlə əməkdaşlığı fəal şəkildə genişləndirirlər, hərbi təlimlər keçirilir, hərbi təyinatlı məhsullar alınır, həm NATO, həm də hazırda getdikcə hərbiləşmiş struktura çevrilən Avropa İttifaqı ilə hərbi xətt üzrə nümayəndə heyətlərinin mübadiləsi aparılır”, - o bildirib.