BAKI, 22 aprel. TELEQRAF

Pakistan Silahlı Qüvvələrinin baş komandanı feldmarşal Asim Münir ABŞ ilə danışıqlarla bağlı İran rəsmiləri ilə müzakirələr aparıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Pakistan ordusunun feldmarşalı danışıqlar üçün son tarixin bitməsi ilə bağlı İran rəhbərliyinə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 22-də İslambadda keçirilməli idi. Amma İran danışıqlara qatılmaqdan imtina edib.