BAKI, 27 oktyabr. TELEQRAF

Qırğızıstanda bütün vilayətlərin və rayonların ləğv edilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Dövlət Qulluğu və Yerli Özünüidarəetmə İşləri üzrə Dövlət Agentliyinin direktoru Elçibek Jantayev bildirib.

Qurum rəhbərinin sözlərinə görə, mövcud inzibati vahidlərin əvəzinə 20-dən çox aymak yaradılacaq, bu ərazilər sahəsinə görə rayonlardan böyük, vilayətlərdən isə kiçik olacaq.

“Artıq 40 rayon deyil, 20-dən çox aymak olacaq. Məsələn, İssık-Kul vilayəti cənub və şimal hissələrinə bölünür. Cəlalabad və Oş vilayətlərində kiçik rayonlarla yanaşı, yaxınlıqda daha böyük potensiala malik ərazilər də var. Bu prinsiplər əsasında rayonlar birləşdirilərək böyüdülür və aymaklar yaradılır”.