BAKI, 20 aprel. TELEQRAF
Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münir ABŞ Prezidenti Donald Trampla İran barədə müzakirə aparıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə Pakistanın təhlükəsizlik mənbəsi bildirib.
“Pakistan Ordusunun komandanı Donald Trampa bildirib ki, Hörmüz boğazı ətrafında tətbiq edilən blokada danışıqlara mane olur. ABŞ Prezidenti isə onun məsləhətini nəzərdən keçirəcəyini deyib”, - mənbə qeyd edib.