BAKI, 3 aprel. TELEQRAF

Rusiya müdafiə naziri Andrey Belousov Qırğızıstan müdafiə naziri general-mayor Ruslan Mukambetovla danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Qırğızıstandakı səfirliyi məlumat yayıb.

Andrey Belousov görüşdə bildirib: “Sonuncu görüşümüzdən bəri dünyada istisnasız olaraq hər bir ölkəyə təsir edən önəmli dəyişikliklər baş verib. Qırğızıstan və Rusiya birgə səylər göstərmək, məqsədləri, qüvvələri və onlara çatmaq üçün vasitələri müəyyən etmək üçün birlikdə çalışmalıdır”.

Ruslan Mukambetov da Rusiya ilə hərbi əməkdaşlığın sürətli inkişafından və birgə layihələrin uğurla həyata keçirilməsindən məmnun olduqlarını qeyd edib.