BAKI, 12 mart. TELEQRAF
“Prezidentin qohumları dövlət vəzifələrini tutmamalı, ayrı-ayrı şəxslər isə “boz kardinallar”a çevrilərək dövlət institutlarını əvəz etməməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım‑Jomart Tokayev deyib.
“Prezidentin qohumlarının siyasi vəzifələr və hətta dövlət sektorunda rəhbər postlar tutmasını qadağan edən norma prinsipial əhəmiyyət daşıyır. Bu, qohumbazlıq və hakimiyyətin həddindən artıq mərkəzləşməsinə qarşı etibarlı sədd yaradır. Ayrı-ayrı nüfuzlu şəxslər “boz kardinallar”a çevrilərək, dövlət institutlarını əvəz etməməlidirlər. Bu praktika birdəfəlik tarixə qovuşacaq”, - dövlət başçısı bildirib.