BAKI, 11 mart. TELEQRAF
Qırğızıstan Prezident Sadır Japarov Joqorku Keneşin iclasında dövlət mükafatlarının sayının azaldılması ilə bağlı qanun layihəsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, özündən əvvəlki hakimiyyətlər dönəmində belə mükafatların pulla satıldığını iddia edib.
“İndi yeganə mükafat “Əməkdar”dır. Əvvəllər “Xalq müəllimi” vardı, o, geri qaytarılmalıdır”, - prezident deyib.
Sadır Japarov qeyd edib ki, dövlət mükafatları sisteminin yenidən nəzərdən keçirilməsinə 2021-ci ildə başlanılıb:
“Əvvəllər bunun çox hissəsi sırf formal xarakter daşıyırdı, mükafatlar 5000 dollardan 10000 dollara qədər satılırdı və bəzi müğənnilər cəmi iki mahnı oxuduqdan sonra “Xalq artisti” adı alırdılar. Bu arada, bəzi SSRİ veteranları, əməkdar müəllimlər, həkimlər və digər dövlət məmurları mükafatsız qalıblar”.
O əlavə edib ki, islahat başlayandan bəri layiq olan bir çox insan mükafatlandırılıb.
Prezident bildirib ki, ölkədə 47 növ dövlət mükafatı var:
“Rəsmiliyi aradan qaldırmaq və hər bir mükafatın dəyərini artırmaq üçün onların sayını 20-yə endirməyi tapşırdıq. Bu versiya Joqorku Keneşə təqdim edilib. Parlament zəruri hesab edərsə, mükafatların sayını artırmaq və ya azaltmaq üçün kiçik düzəlişlər edə bilər Qanun layihəsini hazırkı formada tam dəstəkləyirəm”.