BAKI, 3 fevral. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabineti işləri üzrə naziri Məhəmməd Abdullah əl-Qərqavi Qırğızıstanla BƏƏ arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsindəki mühüm töhfələrinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Sadır Japarov müvafiq fərman imzalayıb. Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev nazirə dövlət mükafatını Dubayda keçirilən Dünya Hökumətləri Sammiti çərçivəsində təqdim edib”, - açıqlamada bildirilir.