BAKI, 31 yanvar. TELEQRAF

Qazaxıstanın ali təhsil müəssisələrində 88 ölkədən 35 mindən çox əcnəbi tələbə təhsil alır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb.

“2025-ci ildə Qazaxıstanda 88 ölkədən 35 mindən çox xarici tələbə təhsil alıb. Bu rəqəm bir ildə təxminən 11 faiz artıb”, - qurum bildirib.

Nazirliyin məlumatına görə, xarici tələbələrin əsas axını Hindistan, Türkmənistan, Özbəkistan, Çin və Rusiyadan gəlir.