BAKI, 19 yanvar. TELEQRAF
Türkmənistan-Özbəkistan sərhədində yerləşən azad ticarət zonasında ticarət sahələrinin icarəsinə başlanılıb, sahibkarlar artıq biznes üçün yerləri rəsmi şəkildə bron edə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə “Orient” informasiya agentliyi məlumat yayıb.
Sahəsi 3,1 hektar olan zona tamhüquqlu ticarət-xidmət kompleksidir. Bura 112 açıq qalereya, 28 qapalı pavilyon, 16 mağaza, həmçinin aptek, tibb mərkəzi, otel, kafe və 300 avtomobil üçün parkinq daxildir. Əsas üstünlüklərdən biri zona daxilində sərbəst hərəkətə imkan verən sadələşdirilmiş vizasız rejimdir.
“Şavat-Daşoğuz” pilot layihə kimi qiymətləndirilir, sərhədyanı ticarətin müasir və səmərəli modelinin potensialını nümayiş etdirir. İcarənin başlanması iki ölkə arasında ikitərəfli ticarət və yükdaşımaların 30 faiz artımı fonunda baş verib.