BAKI, 22 noyabr. TELEQRAF
Pakistan baş nazirinin sənaye məsələləri üzrə xüsusi köməkçisi, sənaye və istehsal naziri Harun Əxtar Xan Özbəkistanla iqtisadi əməkdaşlığın inkişafı üzrə nümayəndə təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan səfiri Əlişir Tuxtayevlə Harun Əxtar Xan arasında İslamabadda keçirilən görüşdü bildirilib.
Danışıqlar zamanı ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlığın inkişafı, tranzit və logistika sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsi, enerji, geologiya, əczaçılıq sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər arasında güzəştli ticarət sazişinin imzalanması ilə bağlı razılaşma əldə edilib.