BAKI, 16 oktyabr. TELEQRAF
Manas şəhərinin meri Yernisbek Ormokov Qırğızıstanın paytaxtının potensial olaraq köçürülməsi ideyasını şərh edib.
Teleqraf xəbər verir ki, o, hələlik məsələ ilə bağlı rəsmi qərarın olmadığını, amma olarsa, şəhər rəhbərliyinin belə bir təşəbbüsü dəstəkləyəcəyini bildirib.
“Əgər paytaxt Manasa köçürülsə, bunu sevinclə qarşılayacağıq. Amma hazırlığın hazırkı səviyyəsi yetərli deyil, vaxt və ciddi hazırlıq lazımdır”, - Yernisbek Ormokov bildirib.
Şəhər merinin sözlərinə görə, Cəlalabadın adının dəyişdirilərək Manas olması və yerli infrastrukturun inkişafı paytaxtın köçürülməsi ideyası ilə birbaşa əlaqəli deyil:
“Hələ heç bir qərar verilməyib. İndiki məqamda şəhərimiz paytaxt funksiyalarını öz üzərinə götürməyə hazır deyil”.
Xatırladaq ki, sentyabrda Cəlalabadın adı Manasa dəyişdirilib.