BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ Prezident Administrasiyası bir neçə ölkənin Donald Trampın İsrail və HƏMAS arasında müharibəyə son qoymaq təşəbbüsünü dəstəklədiyini qeyd edən hesabat dərc edib.

Teleqraf Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, onların arasında Astana da var.

Məqalədə Prezidentin mətbuat katibindən sitat gətirilir: “Qazaxıstan bu təşəbbüsə unikal imkan və Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi, dövlətlərarası etimadın möhkəmləndirilməsi, sabit və ədalətli sülhün bərqərar edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir”.