BAKI, 24 sentyabr. TELEQRAF
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi parlamentin sabiq deputatı S.U.Ç.-nin saxlanılması barədə məlumat yayıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib.
Keçmiş deputata qarşı dələduzluq və külli miqdarda mənimsəmə üzrə ittihamlar irəli sürülüb. Onun barəsində istintaq başa çatanadək həbs qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam edir.