BAKI, 27 avqust. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətində əməliyyat keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Əyalətin İranşəhr, Xaş və Saravan şəhərlərində keçirilən üç əməliyyat zamanı bir neçə silahlı öldürülüb, bir neçəsi isə saxlanılıb.

Qeyd edək ki, dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Musəvi ilə pakistanlı həmkarı marşal Asim Münir arasında telefon danışığı olub. Söhbət zamanı Musəvi bildirib ki, son vaxtlar İran-Pakistan sərhədinin hər iki tərəfində silahlıların fəaliyyəti artıb. İranlı general qeyd edib ki, Tehran bölgədə terrorizmin kökünün kəsilməsində Pakistanla tam əməkdaşlığa hazırdır.