BAKI, 20 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı amerikalı həmkarı Donald Trampa Moskvanın sülh yolu ilə nizamlanmaya nail olmaq niyyətini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu mövqe dünən Rusiya Prezidenti Putin tərəfindən ABŞ Prezidenti Trampla telefon danışığında bir daha aydın şəkildə təsdiqlənib”, - diplomat qeyd edib.

Sergey Lavrov əlavə edib ki, Moskva Ukrayna münaqişəsinin səbəblərinin aradan qaldırılması şərti ilə vəziyyətin nizamlanması prinsipinə qətiyyətlə sadiqdir.

Xatırladaq ki, mayın 19-da Putin və Tramp arasında iki saatadan çox davam edən telefon danışığı olub. Danışıqlardan sonra hər iki lider söhbətin konstruktiv və səmimi olduğunu iddia edib.