“Televiziyada uşaq verilişlərin səviyyəsindən xəcalət çəkirəm”

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayında çıxışı zamanı uşaq ədəbiyyatımızın olmamasından gileylənib.

Teleqraf.com xəbər verir ki, F.Abdullazadə qeyd edib ki, bu gün bizim uşaqlar “Maşa və ayı” nağılının motivləri əsasında çəkilən cizgi filmi, “Disney”in filmlərinə baxırlar: “Amma bizdəki durumu şərh etmək istəmirəm, səbəbləri çoxdur. Hansı supermarketə baxsanız, orada rusdilli uşaq kitabları görəcəksiniz. Mən həmçinin televiziyada uşaq verilişlərinin səviyyəsindən xəcalət çəkirəm. Arzu edirəm ki, AYB uşaq ədəbiyyatını ümumxalq məsələ səviyyəsinə qaldırsın və çıxış yolları tapılsın”.

O qeyd edib ki, Azərbaycanda ədəbiyyatla məşğul olan bloggerlər yoxdur. F.Abdullazadə həmçinin tərcümə sahəsindəki durumdan da şikayətlənib.

Nərmin