BAKI, 27 iyun. TELEQRAF

“UFC Fight Night” turnirinin əsas kartında daha bir döyüş keçirilib.

Teleqraf xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə münasibətlərə aydınlıq gətirib.

Həmyerlimiz ilk raundda rəqibinə texniki nakautla məğlub olub.

Bundan öncə turnirdə çıxış edən azərbaycanlı idmançılar - Tahir Abdullayev və Fərman Həsənov yarışı qələbə ilə başa vurub.

***

21:32

Bu gün Bakıda ikinci dəfə Mütləq Döyüş Çempionatının (UFC) turnirinin növbəti döyüşü keçirilib.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan əsas yarışda qazaxıstanlə Asu Almabayev (57,15) ABŞ-dən olan Çarlz Consonu (56,92) qəbul edib.

Ən yüngül çəki dərəcəsində baş tuyan qarşılaşma Almabayrvin qələbəsilə yekunlaşıb.

***

20:57

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin daha bir döyüşü keçirilib.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda rusiyalı İkram Aliskerov (84,36) braziliyalı rəqibi Brunno Ferreyra(83,91) ilə qarşılaşıb.

Orta çəki dərəcəsinsə baş tutan görüş İkram Ələskərovun qələbəsi ilə başa çatıb.

***
20:25

Bakıda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirinin əsas döyüşləri start götürüb.

Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda Almaniya təmsilçisi Abus Maqomedov (84,14) polşalı Mixal Olekseyçuku (84,36) məğlub edib.
o, birinci raundda rəqibini nakaut edib.

Əsas döyüşlər

Orta çəki: Abus Maqomedov – Mixal Olekseyçuk
Orta çəki: İkram Aliskerov – Brunno Ferreyra
Ən yüngül çəki: Asu Almabayev – Çarliz Conson
Yüngül çəki: Nazim Sadıxov – Mateus Kamilo

İkinci əsas döyüş
Orta çəki: Şara Maqomedov – Mişel Pereyra

Gecənin əsas döyüşü

Yüngül çəki: Rafael Fiziyev – Manuel Torres