Şiə təşkilatı Hizbullahın rəhbərliyi Vaşinqtonda Livan və İsrail arasında imzalanmış çərçivə sazişinə qarşı çıxıb və onu "alçaldıcı sənəd" adlandırıb.

Teleqraf xəbər verir ki, "Telegram" kanalına yerləşdirilən açıqlamada deyilir: "Bu sənəd işğalı qanuniləşdirir və İsrailin Livan torpaqlarını ilhaq etməsinə səbəb ola bilər. Bu sənəd vətəndaşları evlərinə qayıtmaq hüququndan məhrum edir və Livanı İsrailin əlində alətə çevirir."

Hizbullah İsrail qoşunlarının çıxarılmasını müqavimət qüvvələrinin tərksilah edilməsi ilə əlaqələndirməyi daxili işlərə müdaxilə kimi qiymətləndirir: "Biz bu müqaviləni etibarsız hesab edirik və işğalçı qüvvələrin Livan ərazisini 60 gün ərzində tərk etməsini nəzərdə tutan ABŞ-İran memorandumuna əməl edəcəyik".

İyunun 26-da ABŞ dövlət katibi Marko Rubio, İsrail və Livanın Vaşinqtondakı səfirləri Yechiel Leiter və Nada Hammad-e-Mouavad ilə birlikdə çərçivə razılaşmasını elan edibər. Razılaşmaya əsasən, İsrail qüvvələri əvvəlcə Litani çayının cənubunda və şimalında iki zonanı Livan ordusuna təhvil verəcək.