BAKI, 27 iyun. TELEQRAF
Venesuelada baş vermiş ardıcıl iki zəlzələ nəticəsində ölənlərin sayın 1430-a, yaralıların sayı isə 3238-ə çatıb. 3142 ailə evsiz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodrigez məlumat verib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.
Ölən və yaralananların sayı artmaqdadır.