BAKI, 27 iyun. TELEQRAF

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Qurban Qurbanovun komandası Avstriya Bundesliqa təmsilçisi VSG “Tirol”la qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 4:0 qələbəsi ilə yekunlaşıb.

“Gürnot Langes” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Bakıda “Zirə”ni 4:3 hesabı ilə məğlub edib. “Köhlən atlar” Avstriya toplanışı çərçivəsində son iki yoxlama görüşünü isə iyulun 1-də keçirəcək.