BAKI, 28 iyun. TELEQRAF
Venesuelada baş verən dağıntıdan sonra 70 saat dağıntılar altında qalan 11 yaşlı oğlan uşağı sağ xilas edilib.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Kolumbiyanın "USAR COL-1" axtarış-xilasetmə qrupu 11 yaşlı Moisesi 70 saat davam edən axtarışlardan sonra dağıntılar altından sağ çıxarmağa nail olub.
Nazirlik bu əməliyyatın sağ qalanların tapılmasına ümid yaratdığını vurğulayıb.
Həmçinin qeyd olunub ki, əməliyyatda iştirak edən Kolumbiyanın Təbii Fəlakət Risklərinin İdarə Edilməsi Milli Xidmətinin əməkdaşları və Boqota Yanğınsöndürmə Xidmətinin xilasediciləri böyük fədakarlıq nümayiş etdiriblər. Onların eyni binada axtarış-xilasetmə işlərini fasiləsiz davam etdirdiyi bildirilib.