BAKI, 28 iyun. TELEQRAF
ABŞ hərbçiləri İranın kommersiya tankerinə hücumuna cavab olaraq Hörmüz boğazı yaxınlığında İran hədəflərinə zərbələr endirməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu Hörmüz boğazı bölgəsində yerləşən İran hədəflərinə zərbələr endirir. Bildirilir ki, əməliyyat İranın kommersiya tankerinə hücumuna cavab olaraq həyata keçirilir.
ABŞ rəsmisinin sözlərinə görə, hərbi əməliyyatlar hazırda davam edir.