BAKI, 27 iyun. TELEQRAF
“Atam mənə görə çox narahat idi. Rahat yata bilmirdi. Hətta həftə ərzində 3 paçka siqaret çəkdi”.
Teleqraf xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev (70,76) “UFC Fight Night” turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi (70,76) məğlub etdikdən sonra keçirilən mətbuat konfransında deyib.
O, təəssüratlarını belə ifadə edib:
“Birinci raunddan sonra rəqib barmağı ilə gözümə vurdu. Hər şeyi çox bulanıq görürdüm. Hətta 2-3 kimi gördüm. Ayağa qalxıb rəqibə zərbə vurmağı düşündüm və vurdum.
100 minlik bonus düşməsinə təəccüblənmirəm. Artıq 8-ci dəfədir.