BAKI, 27 iyun. TELEQRAF
İsrail şiə təşkilatı Hizbullah tərksilah edilənə qədər qoşunlarını cənubi Livandakı təhlükəsizlik zonasından çıxarmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz iki ölkə arasındakı razılaşmanı şərh edərkən bildirib.
“İsrail Dövləti ilə Livan arasında çərçivə sazişi tarixi bir hadisədir və İsrail Dövləti üçün əhəmiyyətli siyasi və təhlükəsizlik nailiyyətidir. Sazişdə müəyyən edilmiş vacib bir prinsip, Hizbullah Livan boyunca silahsızlaşdırılana və Şimali İsrail sakinlərinin təhlükəsizliyi təmin edilənə qədər İsrail qoşunlarının Cənubi Livanda qalmasıdır. İsrail Livandan çəkilməyib və Cənubi Livanda, o cümlədən Bofort silsiləsi də daxil olmaqla, təhlükəsizlik zonasınə nəzarətdə saxlayır. İsrail Müdafiə Qüvvələri yaşayış məntəqələrinə hücumların qarşısını almaq üçün hərbçilərin hərəkət azadlığını qoruyur”, - deyə Katz əlavə edib.
Müdafiə nazirinin sözlərinə görə, müqavilə həmçinin İsraili qoşunlarını Livandan çıxarmağa məcbur etməyə çalışan İrana strateji zərbədir: "Livanın gələcəyi artıq İran və Hizbullah tərəfindən diktə olunmayacaq və əgər İran müqavilənin həyata keçirilməsinin qarşısını almaq üçün İsrailə hücum etməyə cəhd edərsə, İsrail ona qarşı böyük güclə cavab verəcək".
İyunun 26-da ABŞ dövlət katibi Marko Rubio, İsrail və Livanın Vaşinqtondakı səfirləri Yechiel Leiter və Nada Hammad-e-Mouavad ilə birlikdə çərçivə razılaşmasını elan edibər. Razılaşmaya əsasən, İsrail qüvvələri əvvəlcə Litani çayının cənubunda və şimalında iki zonanı Livan ordusuna təhvil verəcək.