BAKI, 27 iyun. TELEQRAF

ABŞ və Livan İsrailin cənubi Livan ərazisində təhlükəsizlik zonası saxlamaq hüququnu tanıyıblar.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında bildirib.

Netanyahu bildirib ki, əldə edilən razılaşmaların bir hissəsi olaraq, ABŞ və Livan İsrailin (Cənubi Livanda - red) təhlükəsizlik zonası saxlamaq hüququnu tanıyıblar".

O həmçinin pilot layihənin bir hissəsi olaraq İsrailin Cənubi Livandakı iki zonadan, biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun daxilində olan zonalardan qoşunlarını çıxarmağı planlaşdırdığını etiraf edib.