BAKI, 27 iyun. TELEQRAF
Venesuelanın Araqua ştatının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 3 milyondan çox insanın yaşadığı paytaxt Karakasdan 60 kilometr qərbdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.