Kiyev 7 Rusiya vətəndaşını Moskvaya təhvil verib.
Teleqraf xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Komissar Yana Lantratova bildirib.
Təhvil verilənlərin əksəriyyəti Kursk vilayətinin sakinləridir. Rusiya da öz növbəsində 7 ukraynalını qarşı tərəfə təhvil verib.
Ötən müddət ərzində sərhəd yaşayış məntəqələrinin 171 sakini azad edilib. Eyni zamanda, daha 320 nəfərin taleyi hələ də məlum deyil.