BAKI, 27 iyun. TELEQRAF

Venesuelada yüzlərlə insanın ölümünə səbəb olan iki güclü zəlzələdən sonra xilasedicilər uçmuş binanın dağıntıları altından yeni doğulmuş körpəni çıxarıblar.

Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda La Guaira şəhərində xilasetmə anı əks olunub: xilasedicilər körpəni ehtiyatla dağıntılar altından çıxarıb və atasına təhvil veriblər.

Körpənin anası da dağıntılar altından diri çıxarılıb.