BAKI, 27 iyun. TELEQRAF
İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatları bərpa olunub.
Teleqraf xəbər verir ki, İranın Ticarət Nazirliyinin sözçüsü Seyid Məhəmməd Sadiq Qənadzadə bildirib.
Onun sözlərinə görə, Cəbəl Əli limanı iki ölkə arasında ticarət üçün əsas tranzit mərkəzlərindən biridir və qarşılıqlı ticarətin əhəmiyyətli bir hissəsini təmin edir. O qeyd edib ki, 12 günlük münaqişə zamanı liman vasitəsilə nəqliyyat və tranzit dayandırılıb.
Qənadzadə qeyd edib ki, fasilələr zamanı xeyli sayda İran konteyneri Cəbəl Əli limanında qalıb, çünki vəziyyətin gərginləşməsi səbəbindən tacirlər yüklərini boşalda və qəbul edə bilməyiblər.
O əlavə edib ki, gərginliyin azalması və regionda vəziyyətin sabitləşməsi ilə İran yüklərinin emalı bərpa olunub və İranla BƏƏ arasında ticarət yolları tədricən normal fəaliyyətə qayıdır.
Onun qiymətləndirməsinə görə, ticarət fəaliyyəti sabit templə bərpa olunur və Tehran ikitərəfli ticarət həcmlərinin tezliklə münaqişədən əvvəlki səviyyəyə qayıdacağını gözləyir.