BAKI, 27 iyun. TELEQRAF

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.