BAKI, 13 noyabr. TELEQRAF
Bu gün Azərbaycanda ümumilikdə 369 akkreditasiya attestatı qüvvədədir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov jurnalistlər üçün təşkil olunan təlimdə deyib.
O qeyd edib ki, onların sırasında sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırılmanı həyata keçirən qurumlar və inspeksiya orqanları yer alıb:
“Akkreditasiya attestatlarının bu qurumlara verilməsi onların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqi deməkdir. Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir”.