BAKI, 13 noyabr. TELEQRAF
Fransanın “Lans” klubu baş məşqçi Yannick Kayuzakla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb komandanln uğursuz nəticələri olub. Belə ki, Kayuzakın rəhbərliyi altında “Lans” bütün turnirlərdə 9 oyun keçirib, bu görüşlərin 3-də qələbə qazanıb, 6-da məğlub olub.
“Lans” noyabrın 4-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda doğma meydanda İtaliyanın “Komo” klubuna 1:9 hesabı ilə uduzub. Bu, turnirin tarixində ev sahibi komandanın ən böyükhesablı məğlubiyyəti olub.
Qeyd edək ki, “Lans” Fransa Liqa 1-də 10 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb. 41 yaşlı mütəxəssis sentyabr ayında komandanın sükanı arxasına keçmişdi.