BAKI, 31 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid əl-Xureyci Qırmızı dənizdə, Bab əl-Məndəb və Hörmüz boğazlarında təhlükəsizliyin təmin olunması üçün regional və beynəlxalq əməkdaşlığa çağırıb.

Teleqraf xəbər verir ki, o, bölgədə ticarət gəmilərinə hücumların və dəniz ticarətində yaranan fasilələrin enerji və ərzaq təhlükəsizliyinə birbaşa təsir etdiyini deyib.

“Ticarət gəmilərinin hədəfə alınması və dəniz ticarətinin pozulması enerji və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. Qırmızı dənizdə, Bab əl-Məndəb və Hörmüz boğazlarında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi regional və beynəlxalq əməkdaşlıq tələb edən birgə məsuliyyətdir”, - Əl-Xureyci bildirib.

Diplomat “Ənsarallah” Hərəkatının (husilər) addımlarını da pisləyib: “Husilərin Yəmənə, bu ölkənin xalqına və Səudiyyə Ərəbistanına qarşı terror fəaliyyətlərini gücləndirməsini qınayırıq”.