BAKI, 31 oktyabr. TELEQRAF

Türkiyənin İstanbul şəhərinin Bakırköy Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində aralarında bələdiyyə sədrinin müavinlərinin də olduğu 39 şübhəli həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Bakırköy Prokurorluğu məlumat yayıb.

İstintaq çərçivəsində saxlanılan şübhəlilərdən bələdiyyə sədrinin müavinləri Abdülhamit Pehlivan, Arda Karadağ, Nurcan Alan, Ali Rıza Akyüz və Cemalettin Özdemirin də aralarında olduğu 39 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

18 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Ümumilikdə isə 24 nəfər azadlığa buraxılıb.