BAKI, 31 oktyabr. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə oktyabrın 29-da Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ədalət Bədəlovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yolun əks istiqamətində hərəkət edən velosipedçi, 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub.

Nəticədə velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.