BAKI, 31 oktyabr. TELEQRAF
“İran ABŞ ilə yeni qarşıdurmada müharibənin miqyasını genişləndirə bilər”.
Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin baş müşaviri Yəhya Rəhim Səfəvinin oğlu Həmzə Səfəvi yerli mediaya deyib.
“Hazırkı şəraitdə müharibə ehtimalını təxminən 60 faiz hesab edirəm. Həm də düşünürəm ki, əldə ediləcək nəticələrlə bağlı qeyri-müəyyənlik səbəbindən müharibə ümumiyyətlə baş verməyə də bilər”, - o vurğulayıb.
Həmzə Səfəvi “yeni müharibənin mümkün nəticələri” barədə də xəbərdarlıq edib: “Müharibə yenidən başlayacağı təqdirdə, İran bu dəfə çəkindiriciliyi təmin etmək üçün böhranı daha da dərinləşdirməyə və miqyasını genişləndirməyə məcbur qala bilər”.