BAKI, 2 sentyabr. TELEQRAF

BMT Baş katibi Antonio Quterreş sentyabrda Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katibin bu görüşü keçirəcəyinə heç bir şübhəm yoxdur. Çünki o, hər zaman ev sahibi olan ölkənin prezidenti ilə görüşür və bu, adətən Baş Assambleyanın ümumi müzakirələrinin elə ilk günündə reallaşır".

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri sentyabrın 22-dən 26-dək və sentyabrın 28-də keçiriləcək.