BAKI, 2 sentyabr. TELEQRAF

Qara dənizdə, o cümlədən İstanbul yaxınlığında pilotsuz uçuş aparatları və dəniz dronları aşkar edilərək zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qara dəniz Ereğlisi, Sakarya-Karasu, Karaburun burnu, Bosforun girişindəki Türkəli lövbər dayanacağı və İstanbulun Çatalca rayonunda xüsusi təyinatlı qruplar dənizin səthində şübhəli obyektləri zərərsizləşdiriblər.

Onların pilotsuz uçuş aparatları və ya kamikadze dəniz dronları olduğu ehtimal edilir.