BAKI, 3 sentyabr. TELEQRAF

ABŞ-nin energetika naziri Kris Rayt Venesuelanın Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) mümkün çıxış qərarının tamamilə Venesuela hökumətinin daxili işi olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, Kris Rayt "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Bu, suveren Venesuela dövlətinin daxili işidir. Bu qərarı onlar qəbul etməlidir", - o, əlavə edib.

O həmçinin ABŞ rəhbərliyinin bu məsələni Venesuela rəsmiləri ilə hələlik müzakirə etmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Bloomberg" agentliyi öz məxfi mənbələrinə istinadən Venesuela hökumətinin OPEK-dən ayrılma variantını ciddi şəkildə müzakirə etdiyini açıqlamışdı.