BAKI, 2 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin ən strateji su yollarından biri olan Hörmüz boğazının adını öz şərəfinə dəyişdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı öz rəsmi "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
"Hörmüz boğazı artıq ABŞ-nin tam nəzarəti altındadır. Belə olan halda, bura "Tramp boğazı" adını verməyimiz doğru olmazmı? Eynilə Amerikanın özü kimi, bura da tarixdə heç vaxt olmadığı qədər "qaynar" və məşhur olacaq!".
Qeyd edək ki, qlobal neft ticarətinin təxminən beşdə birinin keçdiyi bu strateji boğaz ətrafında ABŞ və İran arasında hərbi gərginlik uzun müddətdir ki, ən yüksək həddə çatıb.