BAKI, 3 sentyabr. TELEQRAF
Son bir sutka ərzində Ukrayna-Rusiya cəbhə xəttində 178 intensiv döyüş toqquşması qeydə alınıb.
Teleqraf Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir ki, Ukrayna 243 idarəolunan aviasiya bombasından istifadə etməklə 71 hava zərbəsi endirib, hücumlar üçün 6548 kamikadze dronu cəlb edib, mövqelərimizi və yaşayış məntəqələrini 2083 dəfə artilleriya atəşinə tutub.
Hesabatın detallarına görə, ən ağır və kritik vəziyyət Pokrovsk və Konstantinovka istiqamətlərində qeydə alınıb.