GORANBOY, 2 sentyabr. TELEQRAF

Goranboyda qəza olub, iki qardaş xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazində qeydə alınıb.

Zeyvə kənd sakini 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Hadisə nəticəsində N.Kərimov və onun qardaşı 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.