BAKI, 31 avqust. TELEQRAF
Amerikalı milyarder İlon Maskın Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorovun Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Starlink” peyk-rabitə sistemindən istifadə üçün icazə istəyinə cavabı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadla yazıb.
Mask Fedorova Ukraynanın Rusiya hədəflərini vurmaq üçün ölkə sərhədlərindən kənarda “Starlink” sistemi ilə təchiz olunmuş dronlardan istifadə etməsinə icazə verməyə açıq olduğunu deyib. Amma Mask Ukraynaya bunun Ağ Evdə qəbul edilməli olan siyasi qərar olduğunu bildirib.
Mixaylo Fedorov müdafiə naziri olarkən baş tutmuş bu söhbəti nəşrə şərh etməkdən imtina edib. Mənbə onun işdən çıxarılmasının səbəblərindən biri kimi “Starlink” məsələsini göstərib.
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 15-də Mixaylo Fyodorovu müdafiə naziri vəzifəsindən azad edib.