BAKI, 1 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana sərt zərbələr endirəcəyi barədə “Breitbart News”un yayımladığı açıqlamasını yenidən “Truth Social”da paylaşıb.
Teleqraf xəbər verir ki, Amerika lideri iki ölkə arasında bir aydan çox davam edən atəşkəsdən sonra səssizliyi atəşlə pozan İranı sərt zərbələrlə hədələyib.
Donald Tramp İranın avqustun 31-də İordaniyadakı ABŞ hərbi bazasına hava hücumunu şərh edərkən demişdi: “Onları çox sərt vuracağıq. Cavabımız olacaq”.