BAKI, 2 sentyabr. TELEQRAF

Amerika Birləşmiş Ştatlar ordusu İrana qarşı daha bir hərbi zərbə endirməyə tam hazır vəziyyətdədir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz İran ərazisindəki hərbi hədəflərə uyğun zaman gəldiyində daha bir ağır zərbə endirməyə tam hazırıq. Proses tam nəzarətimizdədir", - o, əlavə edib.

Xatırladaq ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın cənub sahillərinə və mühüm strateji adalarına zərbələr endirib, azı 18 nəfər həlak olub.