BAKI, 2 sentyabr. TELEQRAF
Hörmüz boğazında İrana məxsus 28 hərbi gəmi və qayıq tamamilə sıradan çıxarılıb.
Teleqraf "TASS"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək. Hazırda biz Hörmüz boğazına tam nəzarət edirik. Keçən gecə biz onların 28 qayığını, 28 gəmisini məhv etdik. Boğaz bizim əlimizdədir və onlar heç nə əldə edə bilmirlər", - Tramp əlavə edib.